Moskvada ticarət mərkəzində yanğın olub

Bakı. 13 sentyabr. REPORT.AZ/ Moskvanın qərbində “Filion” ticarət mərkəzində yanğın olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidməti məlumat yayıb.

Yanğın binanın qızdırıcı və fasad hissəsində baş verib.

Məlumata görə, hadisə 5 ballıq şkala üzrə 2-ci dərəcəli yanğın sayılır. Binadakı insanlar təxliyyə edilib. 

Hadisənin səbəbi araşdırılır. 

Digər xəbərlər