Bakı. 27 aprel. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları İŞİD terror qruplaşmasının dörd üzvünü saxlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, onlar Moskva vilayətində bir sıra terror hücumları törətməyi planlaşdırıblarmış.
İstintaq zamanı müəyyən edilib ki, bu qrup Moskvaya Yamalo-Nenets Muxtar Dairəsinin Novıy Urenqoy şəhərindən gəlib.
Məlumata görə, onların fəaliyyətinin koordinasiyası "Telegram" mesenceri vasitəsilə Suriya ərazisindən həyata keçirilib.