Moskvada Rusiya-Türkiyə iqtisadi komissiyasının iclası keçiriləcək

Gələn həftə Rusiya və Türkiyə arasında birgə iqtisadi komissiyanın iclası keçiriləcək.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bildirib.

"Gələn həftə Moskvada birgə iqtisadi komissiyanın iclasını keçirməyi planlaşdırırıq. Bu, müzakirə aparmaq üçün daha bir məkan olacaq", - o qeyd edib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49