Moskvada "Qazprom"un ofis binasından bir nəfər yıxılıb

Moskvada "Qazprom" şirkətinin baş ofisinin binasının pəncərəsindən bir nəfər çölə yıxılıb.

Bu barədə "Report" "REN-TV"yə istinadən xəbər verir.

Şahidlərin sözlərinə görə, hadisə yerinə təcili yardım xidməti gəlib.

Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Polis hadisənin başvermə səbəblərini araşdırır.

Digər xəbərlər