Bakı. 19 dekabr. REPORT.AZ/ Rusiyanın Yeni Moskva rayonunda yaşlılar pansionatında baş verən yanğın nəticəsində xəsarət alanların sayı 23 nəfərə çatıb.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Moskva Səhiyyə İdarəsi yayıb.
*** 13:42
Rusiyada Yeni Moskva rayonunda yaşlıların pansionatında baş verən yanğın nəticəsində 16 nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva şəhər meri Sergey Sobyanin bildirib.
Yanğınsöndürənlər hadisə yerinə gələnədək pansionatdan 37 nəfər təxliyyə edilib.