Moskvada iki elektrik qatarı toqquşub

Bakı. 19 iyun. REPORT.AZ/ Moskvada Kursk dəmiryol vağzalı ərazisində iki elektrik qatarı toqquşub.

“Report” TASS-a istinadən xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyi hadisənin baş verdiyini təsdiqləyib.

Nazirlikdən bildirilib ki, xəsarət alanların sayı dəqiqləşdirilir.

Qəzadan sonra sərnişinlər təxliyyə edilib. 

Digər xəbərlər

Türkiyədə deputat bıçaqlanıb 18 avqust, 2026 / 22:13