Moskvada atışma nəticəsində 1 nəfər ölüb, 4-ü yaralanıb

Bakı. 2 iyun. REPORT.AZ/ Moskvanın qərbində yerləşən Krılatski rayonunda baş vermiş atışma nəticəsində 4 nəfər yaralanıb, 1-i ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin paytaxt üzrə Baş İdarəsinin məlumatında bildirilir.

Məlumata görə, hadisə iki dəstə arasında qeydə alınıb.

Hazırda insidentin baş verdiyi yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, münaqişənin hansı şəraitdə baş verdiyi və səbəbləri araşdırılır.

Digər xəbərlər

Qaziantepdə zəlzələ olub 25 yanvar, 2026 / 22:03
İranda 2 İŞİD üzvü edam edilib 24 yanvar, 2026 / 10:43