Məsud Pezeşkian "MDB +1" formatının yaradılmasını təklif edib

İran Prezidenti Məsud Pezeşkian MDB sammitində Birliyin Tehranla qarşılıqlı fəaliyyəti üçün "MDB +1" formatının yaradılmasını təklif edib.

Bu barədə "Report" "Fars"a istinadən xəbər verir.

"Dialoq və əməkdaşlıq üçün çevik və səmərəli mexanizm kimi "MDB + İran" və ya "CIS+1" formatı yaradılmalıdır", - o qeyd edib.

O, həmçinin əlavə edib ki, bu mühüm və strateji regionun ölkələri çoxqütblü dünyanın formalaşmasında əsas oyunçulara çevrilməlidirlər:

"Biz ayrılma əvəzinə birləşmə, yorucu rəqabət əvəzinə - əməkdaşlıq, birtərəfli asılılıq əvəzinə - qarşılıqlı bağlılıq və təhdidlərə əsaslanan təhlükəsizlik əvəzinə - etimada və ümumi maraqlara əsaslanan təhlükəsizlik istəyirik".

Digər xəbərlər