Məhkəmə Türkiyənin tanınmış aktyorları Halit Ergenç ilə Rıza Kocaoğlu barəsində azadlıqdan şərti məhrumetmə qərarı çıxarıb.
“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, məhkəmə Halit Ergenci 1 il 10 ay 15 gün, Rıza Kocaoğlunu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.
Məlumata görə, onlar “Gəzi parkı” hadisələri ilə əlaqədar cəzalandırılıblar.
Hökmdən sonra cəza şərti hesab edilib.
Qeyd edək ki, Halit Ergenç "Muhteşem yüzyıl", "Min bir gece" və "Babil" kimi nüfuzlu seriallarda əsas rolları ifa edib.
Rıza Kocaoğlu isə "Kuzey Güney", "Karadayı" və "Ezel" kimi ekran işlərində rol alıb.