Rusiya Ukraynaya ümumilikdə daha 3 min hərbçinin meyitini təhvil verəcək - YENİLƏNİB

Rusiya Ukraynaya ümumilikdə Ukrayna Silahlı Qüvvələrinin daha 3 min əsgərinin meyitini təhvil verəcək.

“Report”un Rusiya mənbələrinə istinadən məlumatına görə, bunu Rusiyanın danışıqlar qrupuna yaxın mənbə bildirib.

Onun sözlərinə görə, iyulun 17-də min meyitin təhvil verilməsi bu prosesin başlanğıcıdır.

"Ukrayna tərəfinə, Rusiya Prezidentinin vəd etdiyi kimi, 3 min meyit təhvil veriləcək. Bu gün məhz bu prosesin başlanğıcıdır", - deyə o bildirib.

12:25

Rusiya və Ukrayna arasında İstanbul razılaşmaları çərçivəsində hərbçilərin meyitlərinin mübadiləsi həyata keçirilib.

"Report"un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya daha 1 000 Ukrayna Silahlı Qüvvələrinin əsgər və zabitinin meyitini qaytarıb.

Ukrayna isə Rusiya Silahlı Qüvvələrinin 19 hərbçisinin meyitini qaytarıb.

Digər xəbərlər