Avopa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos bu ilin mayında İrəvanda keçiriləcək ilk Ermənistan-Aİ sammitində iştirak edəcək.
Bu barədə "Report" Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Ermənistan-Aİ tərəfdaşlığının strateji gündəliyinin icrası ilə bağlı məsələlər müzakirə olunub.
"Aİ-nin genişlənmə üzrə komissarı Marta Kosun səfəri və Ermənistan-Aİ sammiti ərəfəsində, tərəflər Ermənistan və Aİ arasında əməkdaşlıq sahəsində mümkün yeni təşəbbüslərin müəyyən edilməsi üzrə işi davam etdirmək barədə razılığa gəliblər", - bəyanatda bildirilib.