Marneulidən 1 000 tona yaxın tərəvəz tədarük olunub

Bu günə qədər Marneulidən 1 000 tona yaxın tərəvəz tədarükü həyata keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili bildirib.

O deyib ki, tərəvəzlərin 60-65%-ni xiyar təşkil edib.

Bununla yanaşı, Marneuli və Bolnisidən alınan xiyar, kələm, kartof, brokkoli və digər tərəvəzlərin Tbilisinin iri və kiçik mağazalarına satışı həyata keçirilir.   

Digər xəbərlər