Lukaşenko: "Belarus heç vaxt kiminsə vassalı olmayacaq"

Bakı. 18 avqust. REPORT.AZ/ Belarus heç vaxt kiminsə vassalı olmayacaq.

"Report" "BELTA"- ya istinadən xəbər verir ki, bu barədə Belarusun prezidenti Aleksandr Lukaşenko deyib.

"Mən açıq şəkildə bəyan edirm ki, biz heç vaxt hansısa bir ölkənin vassalı olmayacayıq",- o deyib.

Qeyd edək ki, bundan öncə Aleksand Lukaşenko bildirmişdi ki, Belarusda diktatura qurmaq mümkünsüzdür. Onun sözlərinə görə, Belarus iki tərəfdən, Qərb və Şərqdən, demokratik bloklarla sıxışdırılıb. 

Digər xəbərlər

İstanbulda fabrik yanır 19 yanvar, 2026 / 12:05