Litvada COVID-19-a yoluxanların sayı 1 200-ü keçdi

Litvada koronavirusa (COVID) yoluxanların sayı son sutkada 37 nəfər artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Litva hökumətinin saytı yayıb.

Bildirilib ki, ölkədə COVID-19-a yoluxanların sayı 1 228-ə, qurbanların sayı isə 30-a çatıb.

Qeyd edək ki, Litvada karantinin müddəti aprelin 27-dək uzadılıb.

Digər xəbərlər