Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio yaxın vaxtlarda Nyu-Yorkda görüşəcəklər.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, görüş barədə bu gün Lavrov anons edib.
O bildirib ki, Rubio ilə görüş BMT Baş Assambleyası çərçivəsində baş tutacaq.
"Mənim dövlət katibi Rubio ilə Nyu-Yorkda Baş Assambleya çərçivəsində görüşüm planlaşdırılıb", - Rusiya XİN rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, görüşdə Ukraynadakı vəziyyət müzakirə olunacaq.