Bu gün Ermənistana qarşı xarici siyasi təhdidlərinin səviyyəsi çox aşağıdır.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu vəziyyətin səbəblərindən biri Azərbaycanla normallaşma, sərhədlərin demarkasiyasında irəliləyişin əldə edilməsidir.
Bununla yanaşı, K.Qriqoryan qeyd edib ki, Ermənistan üçün ölkədəki demokratiya ilə bağlı risklər aktualdır və onlar əsasən hibrid xarakter daşıyır.
"Bu təhdidlər bir dövlətdən və ya bir konkret aktordan qaynaqlanmır. Bir qayda olaraq, onlar bir-birindən asılı olmayaraq fəaliyyət göstərən bir neçə mərkəzdən yaranır", - o izah edib.