Kremlin sözçüsünün avtomobili qəzaya düşüb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun xidməti avtomobili qəzaya düşüb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Peskov bildirib ki, hadisə zamanı avtomobildə olmayıb və hər şey qaydasındadır.

Bildirilib ki, “Genesis” markalı avtomobil Moskva şəhərində Volqoqrad prospektində qəzaya düşüb. Rusiya prezidentinin işlər idarəsinin mətbuat katibi Yelena Krılova deyib ki, maşına ziyan dəyib, avtomobilin sürücüsü xəsarət almayıb.

Qəza barədə başqa məlumat yayılmayıb.

Digər xəbərlər

İranda 2 İŞİD üzvü edam edilib 24 yanvar, 2026 / 10:43