Kreml Ərdoğanla Putinin Rusiyada görüşəcəklərini təsdiqləyib

Kreml Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər edəcəyini təsdiqləyib.

“Report” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, səfərin tarixi ilə bağlı rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, daha əvvəl Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin sentyabrın 4-də Soçidə görüşəcəkləri ilə bağlı məlumatlar yayılıb.

Digər xəbərlər

Gürcüstanda zəlzələ olub 18 dekabr, 2025 / 14:08
Paşinyan Rusiyaya səfər edəcək 18 dekabr, 2025 / 13:53