Kiyevdə Ukrayna-Avropa İttifaqı sammiti keçiriləcək

Ukrayna-Avropa İttifaqı sammiti fevralın 3-də Kiyevdə keçiriləcək.

“Report” xəbər verir ki, bu tarix Avropa İttifaqı Şurasına yanvarın 1-dən etibarən sədrlik edən İsveç tərəfindən təsdiqlənib.

Daha əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirmişdi ki, sammitdə Ukraynanın Aİ-yə daxil olması üçün zəruri şərtlərin müzakirəsi planlaşdırılır.

Tərəflər, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh formulunu və Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər.

Digər xəbərlər

İranda 2 İŞİD üzvü edam edilib 24 yanvar, 2026 / 10:43