Kiyevdə atışma olub, 3 nəfər yaralanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərində dəmiryolu vağzalının yaxınlığında iki naməlum şəxsin travmatik tapançadan açdığı atəş nəticəsində 3 nəfər yaralanıb.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Kiyev Milli Polisi Baş İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Hadisə avqustun 10-da yerli vaxtla səhər saatlarında olub.

Məlumata görə, üç kişi ayaq və əllərindən yaralanıb. Naməlum silahlı şəxslər isə hadisə yerindən qaçaraq gizləniblər.

Hadisənin səbəbi araşdırılır. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24