KİV: “Zelenski Avropa Parlamentində çıxış edəcək”

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Avropa Parlamentində çıxış edəcək.

“Report” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Çıxış saat 13.00-dan sonraya planlaşdırılıb, lakin dəqiq vaxt məlum deyil.

Qeyd edək ki, dünən Zelenski Ukraynanın Avropa İttifaqına daxil olması üçün ərizəni imzalayıb.

Digər xəbərlər