KİV: “Xarici şirkət Zəngəzur dəhlizi ilə maraqlanır, təmsilçiləri əraziyə baş çəkiblər”

İsveçrə-Böyük Britaniya birgə şirkətlərindən birinin əməkdaşları Zəngəzurda olublar.

“Report” xəbər verir ki, bunu Ermənistanın “Past” qəzeti yazıb.

Şirkət əməkdaşları təxminən 10 gün əvvəl əraziyə səfər ediblər. Onların infrastruktur və logistika sahəsində araşdırma apardıqları bildirilib.

Nəşrin yazdığına görə, bu proses Zəngəzur dəhlizi ilə bağlıdır: “Hərçənd indiki mərhələdə hakimiyyət belə bir dəhlizin yaradılmasına razılıq verməyib”.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49