KİV: "Türkiyədə hökumətin iclası keçirilir, Ermənistanla münasibətlər müzakirə olunur"

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən hökumətin iclasında müzakirə olunan məsələlər açıqlanıb.

Bu barədə “Report” Türkiyə KİV-inə istinadən xəbər verir.

Bildirilib ki, iclasda Suriya və Ermənistanla münasibətlərin normallaşması məsələsi, ABŞ-la münasibətlər, fevralın 6-da Kahramanmaraşda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması və digər məsələlər müzakirə olunur.

İclasdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın jurnalistlərin suallarını cavablandıracağı gözlənilir.

İclas hazırda davam edir.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49