KİV: Orxan Camalın "Seleka" üsyançıları tərəfindən öldürülməsi ehtimalı var

Bakı. 1 avqust. REPORT.AZ/ Rusiyadan olan jurnalistlərin Mərkəzi Afrika Respublikasında (MAR) "Seleka" üsyançı hərəkatı silahlıları tərəfindən öldürülməsi ehtimalı var.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin radiosu güc strukturlarındakı mənbələrə istinadən bildirib.

Xatırladaq ki, dünən Rusiyanın MAR-dakı səfirliyi respublikanın paytaxtı Banqidən şimalda yerləşən Sibyu şəhərində 3 nəfərin öldürülməsi ilə bağlı məlumat yayıb. 

Sonra Rusiya Xarici İşlər Nazirliyindən meyitləri iyulun 30-da aşkar edilmiş şəxslərin üzərindən Kirill Radçenko, Aleksandr Rastorquyev və Orxan Camalın adına olan jurnalist sənədləri tapıldığı bildirilib. 

Digər xəbərlər