Bakı. 1 avqust. REPORT.AZ/ Ermənistanda növbədənkənar parlament seçkilərinin 2019-cu ilin aprel-may aylarında keçirilməsi planlaşdırılır.
Bu barədə "Report" Ermənistanın "Joxovurd" qəzetinə istinadən məlumat verir.
"Növbədənkənar parlament seçkilərinin gələn ilin aprel-may aylarında keçirilməsinin planlaşdırılmasına dair qərar verilib. Heç də bütün partiyalar ölkənin yeni hökumətinin növbədənkənar parlament seçkiləri keçirilməsinə dair qərar verməsi ilə razı deyil", - qəzetin ölkə parlamentindəki mənbəsi deyib.