KİV: Ermənistanda gündəlik tələbat mallarının qiyməti kəskin artacaq

Bakı. 27 oktyabr. REPORT.AZ/ Gələn il Ermənistanda yanacaq-sürtkü malları 5 dəfə bahalaşacaq.

“Report” Ermənistanın “Jamanak” qəzetinə istinadən xəbər verir ki, 2018-ci il yanvarın 1-dən gündəlik tələbat mallarının qiymətinin də artması gözlənilir.

Qəzet yazıb ki, benzinin bir tonunun aksizi 52 dollardan (25 min dram) 83,3 dollaradək (40 min dram), yanacaq-sürtkü mallarının aksizi 5 dəfə, spirtli içkilərin və tütün məmulatlarının aksizinin də artacağı gözlənilir.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49