KİV: Ermənistan polisinin sabiq rəisi barəsində cinayət işi açılacaq

Bakı. 24 avqust. REPORT.AZ/ Ermənistan polisinin sabiq rəisi Vladimir Qasparyan barəsində cinayət işi açılacaq.

"Report" xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, avqustun 13-də "Hetk" informasiya nəşrində V.Qasparyanın 3 milyon dollarlıq evi 200 min dollara alması barədə məlumat yer alıb.

"Sabiq polis rəisinə qarşı Xüsusi İstintaq Xidmətinin cinayət işi açacağı istisna edilmir" - yazan qəzet bu yaxınlarda onun qardaşı Karen Qasparyana qarşı da vətəndaşa qarşı zorakılıq tətbiq etdiyi üçün cinayət işi açıldığını xatırladıb.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24