Keniyada daşqın: 112 nəfər ölüb, 8 min ha əkin sahəsi məhv olub

Bakı. 4 may. REPORT.AZ/ Keniyada güclü leysandan yaranan daşqın nəticəsində 112 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Qızıl Xaç Çəmiyyəti bildirib.

Məlumata əsasən, kənd təsərrüfatı üçün yararlı olan 8 min ha torpaq sahəsi daşqın altında qalaraq məhv olub.

Bildirilib ki, təbii fəlakətdən 260 mindən çox insana ziyan dəyib. 

Digər xəbərlər