Avropa İttifaqı (Aİ) Ermənistana qarşıdakı parlament seçkilərində xarici müdaxilə cəhdlərinin qarşısını almaqda kömək etmək niyyətindədir.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ Xarici İşlər Şurasının iclasının əvvəlində bildirib.
"Ermənistanın nümayəndəsi ilə səhər yeməyimiz olacaq. Ölkədə tezliklə seçkilər keçiriləcək və biz onlara köməklə bağlı müzakirə edəcəyik. Onlar xarici zərərli təsirlərə qarşı mübarizədə bizim Moldovaya göstərdiyimizə bənzər yardım istəyiblər", - K.Kallas deyib.
Brüsseldə olan xarici işlər naziri Ararat Mirzoyan səhər görüşündə iştirak edəcək.