İstanbulun rəmzləri Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

Azərbaycanın Qarabağ zəfərinin ikinci ildönümü Türkiyədə də qeyd olunur.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, şanlı Zəfərin ikinci ildönümü münasibətilə İstanbulun iki qitəsini birləşdirən 15 İyul - Şəhidlər körpüsü, eləcə də tarixi Qalata Qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda Zəfər Günüdür. Bu münasibətlə respublikamızda və ölkəmizdən kənarda bir sıra tədbirlər keçirilir.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49