İstanbulda gəmidə partlayış olub, ölən və yaralanan var - YENİLƏNİB

İstanbulda gəmiqayırma zavodundakı gəmilərdən birində baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb və 1 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, partlayış gəminin tullantılar bölməsində baş verib.

Hadisəyə ilkin səbəb kimi qaz sıxılması göstərilir.

13:12

İstanbulun Tuzla rayonunda gəmidə partlayış olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyindən bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində bir nəfər ölüb.

Partlayışın səbəbi hələ ki, məlum deyil.

Digər xəbərlər

Qaziantepdə zəlzələ olub 25 yanvar, 2026 / 22:03