İstanbulda gəmi yanır

Türkiyənin İstanbul şəhərinin Şile rayonu sahillərində 62 metr uzunluğunda olan gəmi yanır.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, yanğınsöndürənlər yanğına müdaxilə ediblər.

Hazırda söndürülmə və soyutma istiqamətində işlər görülür.

Yanğının səbəbi hələ ki məlum deyil.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24