İstanbulda iki binanın çökməsi nəticəsində 7 nəfər xəsarət alıb - YENİLƏNİB-2

İstanbul valisi Davut Gül Fatih rayonunda təbii qaz partlayışı nəticəsində uçqun baş vermiş 2 binanın dağıntıları altından 7 nəfərin çıxarılaraq xəstəxanaya göndərildiyini, daha 1 nəfərin axtarışının davam etdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

D.Gülün sözlərinə görə, daha bir nəfərin xialsetmə əməliyyatının başa çatmaq üzrədir.

Ayvansaray məhəlləsi, Ebe küçəsindəki təbii qazdan qaynaqlandığı ehtimal olunan partlayışdan sonra çökən bitişik 2 binanın dağıntıları ərazisinə baxış keçirib və səlahiyyətlilərdən məlumat alıb:

"İlkin məlumata görə, ümumilikdə 9 nəfər uçqun altında qalıb. Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD), yanğınsöndürmə idarəsi, Fatih Bələdiyyəsi, polis və digər qurumların əməkdaşlığı ilə xilasetmə işlərinə başlanılıb. İndiyə qədər 7 nəfər xəstəxanaya göndərilib".

Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda iki bina çöküb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, dağıntılar altında beş nəfərin qaldığı bildirilir.

Məlumata görə, onlardan üçü xilas olunub.

Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) məlumatına görə, iki bitişik binanın çökməsinə qaz sızmasından sonrakı partlayış səbəb olub.

Digər xəbərlər