İsrailin Moskvadakı səfiri missiyasını vaxtından əvvəl başa vurur

İsrailin Moskvadakı səfiri Simona Halperin missiyası oktyabrda vaxtından əvvəl başa çatacaq.

“Report” xəbər verir ki, bu barədə TASS-a diplomatik nümayəndəlikdən bildirib.

"Səfirin oktyabrda gedəcəyi gözlənilir. Yeni namizəd hələ müəyyən edilməyib", - agentliyin həmsöhbəti qeyd edib.

Səfirlikdən bildirilib ki, Halperinin missiyasının başa çatması yeni təyinatla əlaqədardır. O, İsrail Xarici İşlər Nazirliyinin Avropa departamentinə rəhbərlik edəcək.

Digər xəbərlər