İraqın Baş naziri Rusiyada səfərdədir

İraqın Baş naziri Məhəmməd əs-Sudani Rusiyanın paytaxtı Moskvada səfərdədir.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putinlə Məhəmməd əs-Sudaninin görüşü olacaq.

Qeyd edək ki, Moskvada “Vnukovo-2” hava limanında onu Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xaric işlər nazirinin müavini Mixail Boqdanov, Rusiyanın İraqdakı səfiri Elbrus Kutraşev qarşılayıblar.

Digər xəbərlər

Marko Rubio Özbəkistana səfər edib 18 oktyabr, 2026 / 21:49