İrəvanın sabiq vitse-merinə qarşı cinayət işi başlanılıb

İrəvanın sabiq vitse-meri Vahe Nikoyana qarşı cinayət işi başlanılıb.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə böyük miqyasda rüşvət almaqda ittiham edilir. Bu ilin fevralında məhkəmə Nikoyanın qanunsuz əldə etdiyi əmlakın müsadirə edilməsi ilə bağlı iddianı icraata qəbul edib.

Digər xəbərlər

Abbas Əraqçi Omana gedib 25 aprel, 2026 / 21:20