İranla Əfqanıstan arasındakı bütün sərhəd məntəqələri açıqdır

İran-Əfqanıstan sərhədindəki bütün keçid məntəqələri açıqdır və işlək vəziyyətdədir.

“Report” “İRNA”ya istinadən xəbər verir ki, bunu İran gömrüyünün rəsmi nümayəndəsi Seyid Ruhullah Lətifi bildirib.

“Milak sərhəd-keçid məntəqəsi də daxil olmaqla Əfqanıstanla bütün sərhəd məntəqələri açıqdır, iki ölkə arasında ticarət sərhəd məntəqələri vasitəsi ilə həyata keçirilir”, Seyid Ruhullah deyib.

Avqustun 10-da İran-Əfqanıstan Ticarət Palatasının rəhbəri Hüseyn Səlimi Əfqanıstanda təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda iki ölkə arasında ticarətin tamamilə dayandırıldığını söyləmişdi.

Digər xəbərlər