İranın XİN başçısı İraqda səfərdədir

İranın xarici işlər naziri Abbas Əraqçi Suriyadakı vəziyyəti müzakirə etmək üçün İraqda səfərdədir.

“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, dekabrın 6-da Bağdadda İran, İraq və Suriyanın xarici işlər nazirlərinin görüşü olacaq.

Toplantıda Suriyadakı vəziyyət müzakirə ediləcək.

Digər xəbərlər