İranda koronavirusa yoluxanların sayı 270 minə çatır

İranda daha 183 nəfər koronavirusun qurbanı olub.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İranda, ümumilikdə, 13 791 nəfər pandemiyanın qurbanı olub.

Son sutkada daha 2 379 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 269 440-a yüksəlib.

Məlumatda həmçinin 3 509 nəfərin ağır vəziyyətdə olduğu, 232 873 nəfərin isə sağaldığı vurğulanıb.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani ölkəsində koronavirusun ikinci dalğasının başladığını bildirib.

Digər xəbərlər