İranda 9 xarici ölkə vətəndaşı həbs edilib

İranda iğtişaşlarda iştirak etdiklərinə görə bir sıra xarici ölkələrin 9 vətəndaşı həbs edilib.

"Report" İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, onlar Almaniya, Polşa, İtaliya, Fransa, Hollandiya, İsveç və digər ölkələrin vətəndaşlarıdır.

Xatırladaq ki, sentyabrın 13-də İranın paytaxtı Tehranda hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən qətlə yetirilib. Hadisə ölkədə geniş etiraz aksiyalarına səbəb olub.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24