İranda Şərqi Azərbaycan əyalətinin Təbriz şəhər Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı İdarəsinin əməkdaşları Güney azərbaycanlı körpənin adını doğum haqqında şəhadətnaməsinə Sevgi əvəzinə heç bir mənası və əhəmiyyəti olmayan Sogi şəklində yazıblar.
“Report” xəbər verir ki, məlumatı “Azad İran” yayıb.
Bildirilib ki, Sevginin atası bu məsələ ilə bağlı başladılan “Balamın Adı” kampaniyası çərçivəsində mətbuata verdiyi müsahibəsində bildirib:
“Qızım martın 22-də dünyaya gəlib. Biz ona Sevgi adını seçdik. Doğum haqqında şəhadətnamə almaq üçün Təbrizin Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı İdarəsinə müraciət edəndə, bu adı şəhadətnaməyə yazmayacaqlarını dedilər”.
Onun sözlərinə görə, həyat yoldaşı işləyir və onun körpə üçün doğum haqqında şəhadətnamə almadan 9 ay müddətinə analıq məzuniyyətinə çıxması mümkün deyil: “Odur ki, “Sogi” adı ilə şəhadətnamə almağa məcbur olduq”.