İran parlamenti qadın hüquqlarını məhdudlaşdıran yeni qanun layihəsini qəbul edib

İran parlamenti ciddi geyim qaydalarını pozan qadınlar üçün həbs müddətini və cərimələri artıran mübahisəli qanun layihəsini qəbul edib.

“Report” BBC-yə istinadən xəbər verir ki, yeni qanunla geyim formalarını pozan qadın və qızları 10 ilə qədər həbs cəzası gözləyir.

Ölkənin şəriət qaydalarına əsasən indiyədək qızlar başını hicabla örtməli, uzun və bədənə yapışmayan paltar geyinməli idilər. Buna əməl etməyənləri 10 gündən iki aya qədər həbs cəzası və ya 5000-500.000 rial məbləğində cərimə gözləyirdi.

Qeyd edək ki, qanun layihəsinin qəbulu 22 yaşlı Məhsa Əmininin hicab taxmadığına görə qətlə yetirilməsinin ildönümünə təsadüf edir.

Digər xəbərlər