İran hava məkanını bağlayıb

İran hava məkanını bağlayıb.

"Report" xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma) yayımlayıb.

Bildirilib ki, əvvəlcədən icazə alınmış beynəlxalq uçuşlar istisna olmaqla, hava məkanı bağlanıb.

"Flightradar24" portalında əksini tapan məlumata görə, hazırda İran hava məkanında sadəcə Banqkok və Quançjoudan uçan iki təyyarə var.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanının "Al-Hadath" telekanalı sadəcə İraqla sərhəd bölgələrində hava məkanının bağlandığına dair məlumat yaymışdı.

Digər xəbərlər