İran ABŞ-ın bir neçə vətəndaşına sanksiya tətbiq edib

İran ABŞ-ın 24 vətəndaşını terrorizmi dəstəklədiyinə və insan hüquqlarının pozulmasına görə sanksiya siyahısına daxil edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Bu şəxslər İran xalqına və hökumətinə qarşı ABŞ-ın birtərəfli sanksiyalarının tətbiqində, terror qruplaşmalarının maliyyələşdirilməsində iştirak edir. Onların hərəkətləri beynəlxalq hüququn fundamental prinsiplərinin və insan hüquqlarının pozulmasıdır”, - bəyanatda qeyd edilir.

Sanksiya siyahılarına daxil olan şəxslərin əksəriyyəti Donald Trampın prezidentliyi dövründə ABŞ dövlət qurumlarında çalışıb.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50