İstanbulda valyutadəyişmə məntəqəsini qarət edən Ermənistan və Rusiya vətəndaşları tutulublar

Bakı. 18 sentyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində valyutadəyişmə məntəqəsini qarət etməkdə şübhəli bilinən Ermənistan və Rusiya vətəndaşları saxlanılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlar hadisəni törətdikdən sonra Bursa şəhərinə gediblər.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər Bursada çayxanada tutulublar. Hüquq-mühafizə orqanları şübhəlilərin qaldığı mehmanxananın otağında axtarış aparıblar. 

Nəticədə böyük məbləğdə pul və qızıl aşkar edilib. 

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40