Bakı. 2 aprel. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa rayonunda tikiş fabrikində yanğın baş verib.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə nəticəsində xeyli sayda insan yaralanıb.
Əraziyə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər briqadası cəlb edilib.