Bakı. 4 dekabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində qanunsuz silah emalatxanası aşkarlanıb.
“Report” TRT-yə istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində orada xeyli silah-sursat olduğu müəyyənləşib.
Qanunsuz emalatxana İstanbulun Pendik rayonunun Fatih məhəlləsindəki yaşayış binalarından birinin zirzəmisində yerləşirmiş.
Əməliyyat nəticəsində bir neçə şübhəli saxlanılıb.