Bakı. 10 yanvar. REPORT.AZ/ İstanbulda Ataköy məscidinin həyətində çardağın uçması nəticəsində 2 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
“Report” "Hürriyet"ə istinadən xəbər verir ki, hadisəyə səbəb çardağın damında qarın çox olması göstərilib.
Hadisə cənazə namazı qılınan zaman baş verib.