İstanbulda partlayış olub - YENİLƏNİB

Bakı. 20 iyun. REPORT.AZ/ İstanbulun Maltepe rayonunun Altayçeşmə məhəlləsində kimyəvi yuyucu maddə istehsal edən sexdəki partlayışın səbəbi açıqlanıb. 

“Report” İHA-ya istinadən xəbər verir ki, qazanxanadakı partlayış sexdə də partlayışa səbəb olub.

Partlayış nəticəsində sexin divarı uçub, yaxınlıqdakı avtomobil aşıb, 21 yaşlı Ahmet S. adlı şəxs isə ağır yaralanaraq, xəstəxanaya yerləşdirilib.


*** 14:54

İstanbulun Maltepe rayonundadakı ofislərdən birində partlayış baş verib.

“Report” xəbər verir ki, bu haqda "İhlas" agentliyi məlumat yayıb.

Xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yayılmayıb.

Partlayış nəticəsində yaxınlıqdakı dayancaqda saxlanılan bir avtomobilə ziyan dəyib, bir maşın çevrilib. 

Hadisə yerini polis mühasirəyə alıb. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24