Bakı. 26 oktyabr. REPORT.AZ/ İraq ordusu və təhlükəsizlik qüvvələri Rava və əl-Kaym şəhərlərinin terrorçu İŞİD qruplaşmasından azad edilməsi istiqamətində əməliyyata başlayıb.
“Report” RİA "Novosti” istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Heydər əl-İbadi bildirib.
Məlumata görə, bu şəhərlər İŞİD-in əsas dayaq məntəqələrindən sayılır.